Şou-biznes

Brilliant Dadaşova: “Dəhşətdir, indi hamı oxuyur" - VİDEO

5 İyul 2023 21:14
Baxış: 1 366
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Musiqimizə özbək, ərəb, fars ritmələri gəlib. Hamısı qatışıb bir-birinə. Televiziya və radiolar müğənnilərin həmin ritmlərdə mahnı oxumasına qadağa qoysalar yaxşı olar". 

Milli.Az bizim.media-ya istinadən bildriir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova qonaq olduğu "Xəzər axşamı" verilişində deyib. 

Sənətçi hazırda dəbdə olan musiqiləri tənqid edib:  

"Əvvəllər sevinirdim ki, hamı oxuyur, keyfi "kökdür". Çünki biz ağır günlər yaşadıq, müharibədən keçdik. O zamanlar elə bir yerdə yaşayırdım ki, evimizin altında hər gün 30-40 şəhid aparırdılar. Sonra bu mərhələni geridə qoyduqdan sonra dedim ki, nə yaxşı hamı oxuyur. İndi isə qorxa-qorxa deyirəm ki, hamı oxuyur. Bir sözlə, dəhşətdir. Əndazəni aşmışıq. Əfsuslar olsun ki, musiqilər bir-birinə qarışıb. Bütün dünya xalqlarının mahnılarını "həftəbecər" ediblər. Bunu etmək olmaz! İndi bir çox müğənnilərin ifası da bir-birinə bənzəyir. Onları ayırd edə bilmirəm. Avtomobildə gedərkən radioda oxuyan müğənnini səsindən tanıya bilmirəm". 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.