Şou-biznes

Xoşqədəmlə Doğuş boşanır? - FOTO

26 İyun 2023 22:12
Baxış: 6 249
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə mediası aparıcı Xoşqədəm Hidayətqızı ilə müğənni Doğuşun ayrıldığını yazıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, yazıda cütlüyün boşanma qərarı aldığı iddia edilib. 

Bildirilib ki, 9 il əvvəl nikah masasına oturan cütlük bir müddət əvvəl bu qərarı alıb. Doğuş Xoşqədəmlə olan bütün fotolarını instaqramından silib. Eyni zamanda onu izləmədən çıxarıb. Yazıda ayrılığa Doğuşun Xoşqədəmin ailəsi ilə yaşadığı mübahisənin səbəb olduğu iddia edilib.

Qeyd edək ki, Xoşqədəm və Doğuş cütlüyünün əkiz oğulları var.

Xatırladaq ki, cütlük birlikdə "Günaydın, Azərbaycan" verilişini aparır. Ötən həftəsonu isə Xoşqədəm proqrama tək çıxıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.