Şou-biznes

Xərçəngə tutulan tanınmış rəqqasə HALALLIQ İSTƏDİ - VİDEO

26 İyun 2023 20:24
Baxış: 18 163
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Uzun müddətdir səhhətində problemləri olan məşhur rəqqasə Tanyeliyə pankreas xərçəngi (Mədəaltı vəzi xərçəngi) diaqnozu qoyulub.

Milli.Az Day.Az-a istinadən xəbər verir ki, hazırda özəl xəstəxanalardan birinə yerləşdirilən rəqqasə yeni video paylaşıb. 

Tanyeli artıq saçlarının kəsiləcəyini bildirib. O, xəstə yatağında hər kəsdən halallıq istəyib:

"Mənə "pankreas xərçəngi" diaqnozu qoyuldu, indi xəstəxanadayam. Həkimlər məni bir səyahətə aparırlar. Taleyinə qarşı çıxa bilməzsən. Dünyanın hər yerindən mənim üçün dualar oxuyurlar. Mənə maddi və mənəvi dəstək olmaq istəyən dostlarıma da təşəkkür edirəm. Bu qədər sevildiyimi bilmirdim, çox ruhlandım. Allah sizdən razı olsun. Haqqınızı halal edin. Allaha təvəkkül edirəm. Zara, Sibel Can, Pinar Eliçe, Ebru Gündeş, Deniz Seki, Handa Yener, Demet Akalin, Fatih Ürek və Hakan Altuna məni tək qoymadıqlarına görə təşəkkür edirəm".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.