Şou-biznes

Pis vərdişlərindən bu yolla xilas oldu

15 İyun 2023 23:26
Baxış: 1 156
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dünyaca məşhur model-aktrisa Kara Delevin gənclərin psixi sağlamlığı üçün keçirilən xeyriyyə tədbirində müzakirəyə qatılıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, o, uşaqlıqdan alkoqol və narkotik asılılığı ilə mübarizə apardığını etiraf edib:

"Bu, gizlədə bilməyəcəyiniz bir şeydir. Yalnız bu barədə danışanda sağalmaq olar. Özümdən qaçmaqdan yoruldum. Sadəcə qaçıb divara çırpılmaq oldu. Bununla mübarizə aparmaq üçün yalnız idman, yoqa və xüsusi proqram mənə kömək etdi. Proqram vasitəsilə hər gün bir-birinə dəstək olan qadın qruplarından birlik və ilham tapdım. Hər kəsə uyğun gələn bir müalicə yoxdur. Amma mənə kömək edən o oldu ki, özümü sevməyi və başqa insanlarla birlikdə olmağı öyrəndim. Düşünürəm ki, mənim problemim mükəmməl olmamağıma baxmayaraq, mükəmməl olmaq istəyim idi. Beynimdə sadəcə daha yaxşı olmaq istəyirdim".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.