Şou-biznes

Tinder-də oğlanlarla tanış olub “AzDrama”ya dəvət edirlər

8 İyun 2023 16:26
Baxış: 2 137
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı adından dələduzluq edilib.

Milli.Az olay-a istinadən xəbər verir ki,bu barədə İT mütxəsəssisi Rəşad İbrahimov feysbuk hesabında paylaşım edib. O, saxtakarlıqla məşğul olanların "Tinder" sosial şəbəkəsində teatrın rəsmi veb səhifəsinə bənzər ikinci bir səhifə açdıqlarını və bilet adıyla insanların pulunu mənimsədiklərini deyib.

""Tinder" sosial şəbəkəsində müxtəlif xanım adları ilə profillər açaraq əks cinsin nümayəndələrinə tanışlıq məqsədilə yazırlar. Tanışlıq baş tutduqdan sonra isə "AzDrama"ya aid saxta keçidi göndərərək tamaşaya "birlikdə gedək adı ilə" bilet almasını istəyirlər. Vətəndaş kart məlumatlarını götürür və kartda olan vəasitləri mənimsəyirlər. Keçidi yoxladım, mütəmadi olaraq yenilənir və həmişə olduğu kimi dələduzlar Azərbaycanda deyil.

Ən gülməli tərəfi isə ondan ibarətdir ki, "AzDrama"nın rəsmi veb səhifəsinin nüsxəsini çıxarıb tərcümə edib saxta veb səhifə yaradıblar" - deyə o bilidirib. 

OLAY mövzu barədə teatrın mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı ilə əlaqə saxlayıb.  "AzDrama" rəsmisi qeyd edib ki, sözügedən saytın deaktiv olunması barədə Azərbaycan Rəqəmsal İnkişaf və Rabitə Nazirliyinə müraciət olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.