Afaq Gəncəli: "Məni kamera qarşısına çıxaran insan o olub"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Mən uşaqlıqdan sevimli, çox hörmət etdiyim Nərgiz Cəlilovaya baxıb, onun kimi diktor olmaq istəmişəm. Çünki Nərgiz xanımın oturuşu, duruşu, özünü aparma qabiliyyəti mənim üçün bir nümunə olub. Onun kimi diktor olmaq istəyirdim, teleaparıcı yox. O vaxt heç teleaparıcılar da nadir hallarda efirdə görünürdülər".
Milli.Az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında tanınmış teleaparıcı Afaq Gəncəli deyib.
Tanınmış teleaparıcı televiziya sahəsinə gəldiyi günü də xatırlayıb.
"25 ildir ki, televiziya sahəsindəyəm. 1998-ci il mart ayının 9-da Azv-də ilk efirim idi. Bir gün idi ki, işə gəlmişdim, efirə çıxdım. Heç hazırlıqlı deyildim. Mənim üçün yeni bir məkan idi, kamera da görməmişdim. Şükürlər olsun ki, bacardım. Mədəniyyət və İncəsənət universitetində Arzu Tağıyeva adlı bir rejissor var idi, ilk məni kamera qarşısına çıxaran insan o olub. Yadımdadır, avtomobil verilişinin ilk qadın aparıcısı oldum" deyə Afaq Gəncəli bildirib.
Teleaparıcı deyir ki, müğənnni dostlarına görə bəzi sənətçilər onu çox incidib.
"Bəzi müğənnilərlə dostluğuma görə mənimlə küsənlər, danışmayanlar da olub. Onlar dolayısı yolla bunu demək istəyirdilər ki, mənimlə dostsansa, onunla dost ola bilməzsən. Bu düzgün yanaşma deyil. Əgər kiməsə qarşı münasibətdə yaxşıyamsa, onun da mənə qarşı münasibəti yaxşı olmalıdır. Yox, əgər mən münasibətlərdə fərq qoyuramsa, o zaman sən nəsə deyə bilərsən. Haqlısan. Hamı ilə ayrı-ayrılıqda münasibətim və onlara hörmətim var. Hansısa tədbirdə, toyda baxmamışam ki, o insan mənimlə danışmır, onu elə gözəl, özünə layiq təqdim etmişəm ki. Çünki bu mənim işimdir. Mən onunla ədavət apara bilmərəm" deyə aparıcı bildirib.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Ev qatığı və ya süzmə deyil: Ən sağlam qatıq məlum oldu
-
Əsgərin atasına qovuşma anı kövrəltdi - (Video)
-
Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?
-
Nişan boxçasında "cadu"nu görün hara qoyublar... - (Video)
-
Süni intellekt üçüncü dünya müharibəsinə səbəb olacaq? - Ekstrasens proqnoz verdi
-
Bu dəfə kanalın bağlanmasını istəyirlər - (Video)
-
DTX Anım Günü ilə əlaqədar paylaşım edib - (Foto)
-
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - (Foto)
-
Azərbaycanda Anım Günüdür
-
Günün qoroskopu: Sevgi həyatınız stabil görünmür
-
Kotleti qat-qat dadlı və şirəli edən ədviyyat
-
Ağsu aşırımında aktivlik artıb - (Video)
-
Paltaryuyana 1 qaşıq əlavə edin: Yuyucu vasitə xərcini yarıbayarı azaldır
-
Naxçıvanda 55 yaşlı kişi arvadını və baldızını bıçaqlamaqda şübhəli bilinir
-
Salah heyətdən çıxarıldı
-
Finlandiya 7 qolla qələbə qazandı
-
Pandemiyadan bəri evdən çıxmadılar: Ana və qızı illərlə meyitlə bir evdə yaşayıb
-
Ailəsini Rusiyadan Azərbaycana gətirə bildi, özü isə dron hücumuna məruz qaldı - (Video)
-
Akrobatlarımız dünya çempionatında qızıl medal qazanıblar - (Foto)
-
Kondisionerə görə əcnəbi müştəridən əlavə pul istəyən sürücü həbs olundu
-
Banqkok fəlakət zonası elan edildi - (Video)
-
Deputatla qalmaqal yaşayan qarpız satan işinə qayıtdı
-
“Uzak Şehir”də yeni sima - (Foto)
-
“Dedi, sir-sifətindən xeyir verənə oxşamırsan” - Deputat “qarpız məsələsi”ndən danışdı





