Şou-biznes

Məşhur aktyor qızlarına sevgililərindən ayrılmağa necə kömək edir?

25 May 2023 12:43
Baxış: 1 527
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hollivud ulduzu Silvestr Stallonenin qızları atalarının onlara şəxsi həyatları ilə bağlı problem yaşayarkən, psixoloji dəstək göstərmələrindən danışıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, "Rembo"nun qızları sevgililərindən ayrılarkən kömək üçün atalarına müraciət etdiklərini, Silvestrin onlar üçün ayrılıq məktubları yazdığını deyiblər.

26 yaşlı Sofiya, 24 yaşlı Sikstina bildiriblər ki, oğlanlarla münasibətləri kəsmək lazım olanda və ya sevgililərindən ayrılmaq istəyəndə atalarına müraciət edirlər, ataları onlar üçün münasib ayrılıq məktubları yazır.

"Atamız həmişə sevgililərimizlə tanış olanda ağzında siqar olur və ciddi görkəm alır. Bunu zəhmli görünmək üçün edir. Oğlanın hansı xarakterdə olduğunu öyrənmək üçün ona 4 dəqiqə bəs edir. Kişi psixologiyasını bizdən yaxşı bildiyinə görə, ən yaxşı ayrılıq məktublarını da o yazır", - qızlar bildiriblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.