Şou-biznes

"Onları oksigen oğrusu sayıram" - VİDEO

20 May 2023 07:04
Baxış: 1 446
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Mərhum İlhamə Quliyeva deyirdi ki, "Düşmənim yoxdur. Düşmən gərək məndən kiçik olsun ki, düşmənlik etsin". Elə bir şey yoxdur. Bədxahlarım yoxdur, sevmədiyim insanlar var". 

Milli.Az bizim media-ya istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Rəşad İlyasov qonaq olduğu "Səhər mərkəzi" verilişində deyib. 

Sənətçi onu qalmaqala çəkən həmkarlarından söz açıb: 

"Həmin şəxslə və ya şəxslərlə problem yaşamışam. Sadəcə mənə qarşı yalnışı olub. Ona görə də hər zaman küçənin o başından keçirəm ki, qarşılaşmayaq. İki nəfərdir. Biri qadın, biri kişi. Bir tamaşada deyilir ki, "Beş nəfər var. Deyir axı orada dörd nəfər var. Cavab verir ki, o birisini heç adam saymıram" (gülür). Onları oksigen oğrusu sayıram.

Bu münaqişəni illərə bağlamıram. Son illərə dayanır. Mənə çox maraqlıdır ki, onların mənimlə nə ədavəti ola bilər ki?... Mənim də səhvlərim var. Özümə kənardan baxmağı sevmirəm. Kaş ki, musiqidə olardı diskussiyamız. Amma belə deyil. Yəqin həmin şəxsin adımla hallanması və çəkilməsi onun üçün yaxşıdır. İstədilər qalmaqal eləsinlər, amma alınmadı". 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.