Şou-biznes

“Heç kəsi özümə rəqib görmürəm” - Aysel Məmmədova

19 May 2023 10:25
Baxış: 1 460
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tanınmış müğənni Aisel (Aysel Məmmədova) diqqətçəkən açıqlamalar verib.

Milli.Az olay-a istinadən xəbər verir ki, ifaçı "Şou xəbər"in suallarını cavablayıb. Sənətçi bildirib ki, ömrünün sonuna kimi musiqi ilə məşğul olacaq:

"Ard-arda 3 klip təqdim etmişik. On mahnıdan ibarət "On" adlı albomum yayımlanıb. Mən musiqi ilə yaşayıram, musiqiçiyəm. Yəqin ki, ömrümün axırına qədər bununla davam edəcəyəm".

Bundan başqa, Aisel sənətdə özünə rəqib görmədiyini də etiraf edib:

"Heç kəsi rəqib kimi görmürəm. Çünki öz işimlə məşğulam. Bunlar məncə, daha sağlam düşüncədir.  Təzə-təzə sənətçilər ortaya çıxır. Məncə, sənətdə inkişaf gedir. Hind musiqisi tipində mahnılar oxuyanlar da var. Ancaq müasir musiqi də inkişaf edir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.