Şou-biznes

Rembrandtın bu əsərləri 200 il sonra tapıldı - FOTO

17 May 2023 07:55
Baxış: 1 034
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dünyaşöhrətli hollandiyalı rəssam Rembrandt Harmens van Reyn tərəfindən çəkilmiş iki rəsm əsəri şəxsi sənət kolleksiyasında 200 il saxlandıqdan sonra aşkar edilib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb.

Ehtimal olunur ki, rəsmlərdə rəssama tanış olan evli cütlük - Yan Villems van der Pluim və onun həyat yoldaşı Yaapgen Karels təsvir olunub.

Əsərlər "Christies" hərrac evinin mütəxəssisləri tərəfindən rəsm əsərlərinin qiymətləndirilməsi zamanı aşkar edilib. 

Rəsmlərin həqiqiliyini müəyyən etmək üçün lazımi müayinələr aparıldıqdan sonra onlar 5-8 milyon dollar dəyərində qiymətləndirilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.