Şou-biznes

Şəbnəm Tovuzlu: "Həyat yoldaşım məni kök sevir..."

13 May 2023 11:38
Baxış: 3 478
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Şəbnəm Tovuzlu mənzilinin qapılarını "Evdəkilərə salam" verilişinə açıb.

Milli.Az teleqraf.com-a istinadən xəbər verir ki, Şəbnəm Tovuzlu həyat yoldaşı Hacı Ramil haqqında etirafı ilə diqqət çəkib: "Həyat yoldaşım məni kök sevir. Deyir ki, sənə arıqlıq yaraşmır".

Müğənni keçmiş həyat yoldaşının ailəsi ilə də münasibətinin yaxşı olduğunu deyib: "Qızım Günel çox istiqanlı qızdır. Atası ilə çox sıx münasibəti var. Atası nasaz olan kimi yanına gedir. Mənim də münasbətim normaldır. Günelin bibisi, nənəsi ilə çox yaxşı münasibətim var".

Qeyd edək ki, Şəbnəm Tovuzlu ikinci dəfə Hacı Ramil ilə evlənib. Onun ilk nikahından Günel adlı qızı, ikinci evliliyindən isə Əli adlı oğlu var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.