Şou-biznes

Qardaşı Şakiraya görə Pikeylə əlbəyaxa olub?

5 May 2023 09:12
Baxış: 1 355
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəbər verdiyimiz kimi, dünyaca məşhur 46 yaşlı kolumbiyalı müğənni Şakira ilə 36 yaşlı ispaniyalı futbolçu Jerar Pike arasında 11 illik münasibət ötən ilin iyununda xəyanətə görə sonlanıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, ayrlıqdan sonra onların iki oğlunun qəyyumluğu Şakiraya verilib. Pikeyə isə ayda 10 gün uşaqlarını görməsinə icazə verilib.

Bu gün isə İspaniya mətbuatında yayılan məlumatlara görə, idmançının övladlarını ziyarət etmək üçün Mayamiyə ilk səfəri zamanı Şakira ilə mübahisə etdiyi, hətta sənətçinin qardaşı Tonino Mebarakla yumruqlaşdığı bildirilir.

İddialara görə, Şakira ilə keçmiş sevgilisi arasındakı şiddətli mübahisəyə müğənninin qardaşı da qoşulub. O, bacısını müdafiə etmək üçün Pike ilə əlbəyaxa dava edib.

Məsələyə polisin müdaxilə etdiyi qeyd olunub.

Yayılan xəbərlərlə bağlı keçmiş cütlük hələlik heç bir açıqlama verməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.