Şou-biznes

“Gülü bumbuz idi, gözünün altı qaralmışdı”

4 May 2023 13:36
Baxış: 2 036
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni Niyam Salami işlə təmin etdiyi, mərhum Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) xanımı Gülü  Hüseynovadan danışıb. 

Milli.Az olay-a istinadən xəbər verir ki, bu barədə ifaçı Ülvira Qarayevanın "Astar" TV-də yaymlanan proqramında açıqlama verib.

Niyam Gülünü restoranına çağırmamışdan öncə onun ağır depressiyada olduğunu deyib:

"Zəng edib, nömrəsini tapdım. "Alo" deyən kimi Güllü ağladı. Dedim, sənsən? Dedi, mənəm, qadan alım. Söylədim ki, ağlama, bir öyrən gör kimdi. Dedi ki, nəfəsinə qurban, Niyam, sənsən. Sonra soruşdum ki, haradasan, harada yaşayırsan. Dedi, Yasamalda qalıram. Gördüm ki, metroya yaxın, yaxşı bir yerdə yaşayır. Baxdım ki, bu qadın bumbuzdur, ağappaq, gözünün altı qaradır. 

Depressiya yaşayır, soyuducuya Rəmişin şəklini yapışdırıb, hər yerdə ona aid nəsə var. Danışdıq, sonra getdim, gizlicə soyuducusunu açdım. Fikirləşdim ki, birdən nəsə olmaz. Baxdım ki, yox, bilinçikə, ətə qədər doldurub. Amma yemir. Zarafatla dedim ki, restoranda işləyirsən? Gördüm ki, ab-havası o deyil. Sadəcə söylədim ki, səni harasa çağırsam, gedərsən? Dedi, hə. Onu da xahiş etdim, gətirdim, işçi qadınları yığdım, dedim, onların üstündə dayan. Gəl, başın qarışsın. O qədər dua edirəm ki, nə yaxşı ki, razılıq verdi, onu evdən çıxara bildim. Onun sevinci mənə ləzzət edir. İşini də yaxşı görür. Deyirəm , elə bil anamsan, böyük bacımsan yanımdasan. Nəsə də olanda ona deyirəm. Söyləyirəm ki, yemək bişir, deyir, bu dəqiqə".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.