Şou-biznes

Stallone pərəstişkarlarına sevindirici xəbər: Məşhur filmdəki roluna qayıdır - VİDEO

4 May 2023 05:05
Baxış: 1 346
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Məşhur aktyor Silvestr Stallone "Qayaya dırmanan" ("Cliffhanger") döyüş filminin davamında xilasedici alpinist Qeyb Uoker obrazında ekranlara qayıdır.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, filmin rejissoru Rik Roman Vo olacaq.

Lakin filmin süjetinin təfərrüatı hələlik açıqlanmayıb. Bundan əlavə, sikvelin aktyor heyəti də məlum deyil.

Hazırda kastinq davam edir. Layihəyə orijinal "Cliffhanger"in prodüserləri Nil Morits və Tobi Caffe nəzarət edəcəklər.

Xatırladaq ki, "Cliffhanger" 1993-cü ildə çıxıb. Film dağlarda ilişib qalan turistlərin cinayətkar dəstə olduğunu bilmədən onların köməyinə yollanan xilasedici Qeyb Uokerdən bəhs edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.