Şou-biznes

"Elə dırnaqarası sənətçilər var ki, onları qəbul etmirəm və etməyəcəyəm" - Əməkdar artist

2 May 2023 14:16
Baxış: 1 005
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Əvvəllər buna fikir vermirdim. Deyirdim, tamaşaçı pis başa düşər. Amma indi başa düşürəm ki, verilişə kimlə çıxmağın vacibdir".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist İlkin Əhmədov "7 canlı" verilişində deyib. Xanəndə səviyyəsinə uyğun sənətçilərlə proqrama qatılmaq istədiyini bildirib:

"Bunları deyirəm, amma yaxşı qəbul olunmur. Əməkdar artist olaraq bunları deməyə haqqım var. Elə dırnaqarası sənətçilər var ki, onları qəbul etmirəm və etməyəcəyəm. Həmin şəxslərlə işim yoxdur, sadəcə onlarla efirə çıxmıram. İllər əvvəl verilişlərin birində bu hal yaşandı. Tamaşaçı xatirinə proqramda sona kimi qaldım, amma qalmamalı idim. Çünki səviyyəmiz uyğun deyildi. Sözündə, səsində mahiyyət yox idi. Aparıcı da onu başda oturtmuşdu".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.