Şou-biznes

Şakira ilkə imza atdı: Yeni mükafata layiq görüləcək

26 Aprel 2023 03:44
Baxış: 799
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni Şakira "Billboard"un ilk dəfə təşkil etdiyi "Latin Women in Music" tədbirinə qatılacaq. ifaçı burada "İlin Qadını" mükafatına layiq görüləcək.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Kolumbiyadan olan sənətçinin musiqi sənayesinə verdiyi töhfəyə görə mükafatlandırılması qərara alınıb. Açıqlamada bildirilir ki, o, "öz nümunə karyera yolu və aktiv xeyriyyəçilik işi ilə latın amerikalı qadınlar üçün yeni imkanlar açıb".

İki saatlıq qala gecə mayın 7-də "Telemundo" və "Universo" kanallarında yayımlanacaq. Mərasimdə Ana Qabriel, Emilia, Evaluna, Qoyo və Talia kimi sənətçilər də çıxış edəcəklər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.