Şou-biznes

Rəşad İlyasov: “Parazit” ifaçıların səhnədə olmasının günahı bizdədir” - VİDEO

18 Aprel 2023 12:36
Baxış: 1 706
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Sənət və musiqidən bacardığım danışa bilərəm. Amma şou-biznes mənlik deyil. Özünüz də görürsünüz ki, orada vəziyyət ürəkaçan deyil". 

Milli.Az bizim media-ya istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Rəşad İlyasov "Sözbaz" maqazin verilişinə müsahibəsində deyib. 

Sənətçi açıqlamasında bildirib ki, şou-biznesə "parazit" ifaçılar axın edib: 

"O gün bir qız efirə çıxıb deyir ki, "Instagram" mahnıları yazdırmışam. Başa düşürəm, hamı özünü bir cür ifalarda təqdim edir. Bu, qaçınılmazdır. Amma bu qədər çılpaqlığı ilə üzə çıxartmaq olmaz. Onlar "parazit"lərdir. Tibb dili ilə desək, "parazit"lər insan orqanizminə girir, orada qidalanır və "parazit"liyindən qalmır". 

R.İlyasovun sözlərinə görə, "parazit" ifaçıların səhnəyə ayaq açmasında günah özü qarışıq sənətçilərdədir: 

"Səhnəyə müqəddəs bir yer kimi baxıram. Biz bu "parazit"lərə icazə verməməliyik ki, onlar bizdən qidalansınlar. Amma onlara biz icazə verdik". 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.