Şou-biznes

"Həmin qadınların geyimləri də utancverici olur"

14 Aprel 2023 15:12
Baxış: 1 641
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əməkdar artist Könül Kərimova Nigar Şabanovanın qadınları yas mərasiminə makiyajda getməsi haqda fikirlərinə münasibət bildirib. 

Milli.Az xəbər verir ki, müğənni bu haqda axşam.az-ın instaqram səhifəsindəki paylaşıma şərh yazıb. O bildirib ki, qadınlar nəinki makiyaja, heç geyimlərinə də fikir vermirlər:

"Çox düz... Makiyaj bir yana, hətta geyimlər də çox utancverici olur".

Qeyd edək ki, Nigar paylaşımında "Çox maraqlıdır yas mərasiminə gələn qadınlar, qızlar niyə ful makiyaj edirlər. Ölüyəmi sevinirlər, yasın keçirilməyinəmi... Öz əzizləri ölsə, görəsən, belə makiyajla gələnə necə baxarlar? Necə qəbul edərlər? Allah hamıya vicdan, iman, qorxu hiss etməyi nəsib etsin. Allah hamının ölənlərinə rəhmət eləsin" sözlərini yazıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.