Şou-biznes

Elcan Rəsulov: “Atam səhərə yaxın qollarımın arasında dünyasını dəyişdi” - FOTO

13 Aprel 2023 19:36
Baxış: 2 272
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Düz 15 il bundan qabaq elə aprelin 13- ü səhərə qədər yatmadım. Heç səhər də yatmadım. Çünki gecədən halı pisləşən atam səhərə yaxın qollarımın arasında dünyasını dəyişdi. Cansız bədəni cəmi bir dəqiqə qucaqlayıb ayaqüstə saxlaya bildim. Çox ağır gəldi mənə.

Elə o dəqiqədən də ailənin bütün yükü, ağırlığı mənim çiynimə düşdü. Oldum 21 yaşlı ata. Hətta cəsarətlənib 8 yaşlı uşağı da inandırdım ki, bu gündən ata mən oluram. Daha nə istəsən mənə deyəcəksən".

Milli.Az bizim media-ya istinadən xəbər verir ki,  bu sözləri aktyor Elcan Rəsulov sosial şəbəkə hesabında yazıb.

Sənətçi bildirib ki, atasını 13 apreldə itirdiyinə görə bu tarixdən zəhləsi gedir: 
"Hamı gəlir bığı çıxana qədər ata olur, sonra ölür. Mənim də bığım çıxana qədər ata mən olacam. O bəlkə də inandı, inandı deyə heç ağlamadı. Bütün aktyorluq bacarığımı toplayıb özümdə güclü, məğrur adam obrazı yaratdım hamının gözündə. Heç kim mənim ağlamağımı görmədi. Ölümü və dünyanı dərk edənə qədər bığ da saxlamadım.

İndi də saxlamaq istəmirəm. Amma əvvəlki gücüm və dözümüm yoxdur. Çox kövrək olmuşam. Hər atası şəhid olan uşaq görəndə onlar qədər ağlayıram. Mən bilirəm onlar necə 8-10-13-15 yaşlı ata olurlar... Bu gün də səhərə qədər yata bilmədim. İndi də səhərdir, durum ən çox zəhləm gedən növbəti 13 aprel gününü yaşayım... Allah bizi bağışla...".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.