Şou-biznes

"Günü 1 manata işləyirdim" - Aysel Əlizadə

5 Aprel 2023 22:06
Baxış: 1 572
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni Aysel Əlizadə ilk dəfə qazanc əldə etdiyi peşədən danışıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ifaçı "MTV xəbər"ə açıqlamasında anasına kömək etmək üçün gözəllik salonunda çalışdığını bildirib:

"Bir ara anama kömək etmək üçün salonların birində köməkçi işləmişəm. Həmin vaxt universitet məsələm var idi, anama yardım etməliydim. Yanımızda salon var idi, dedim ki, gedib işə düzəlim. Heç olmasa, nə qazansam dəstək olar. Salondakı xanımın da köməkçiyə ehtiyacı yox idi, amma ürəyi ağrımışdı, günə 1 manat verirdi. Saç kəsirdilər, süpürürdüm və 1 manat qazanırdım. O pul mənim üçün çox böyük məbləğ idi".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.