Şou-biznes

Puqaçova Meladze haqda şayiələrə son qoydu

20 Mart 2023 21:21
Baxış: 1 161
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xalq artisti Alla Puqaçova Valeriy Meladzenin İsraildəki konserti ilə bağlı söz-söhbətə son qoyub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, Meladzenin İsraildəki konsertində zalın boş olduğu, tamaşaçıların gəlmədiyi ilə bağlı məlumat yayılmışdı. Alla isə konsertdə iştirak etdiyini bildirərək, gecədən video yayımlayıb.

Puqaçova konsertin yaxşı keçdiyini, zalın isə dolu olduğunu vurğulayıb. O, eyni zamanda Meladze haqqında şayiə yayan şou əhlini tənqid edib:

"Valeri Meladzenin İsraildəki "uğursuz" konsertləri haqqında danışan yalançıları qınayıram. Bayram idi. Valerinin ifasında Konstantin Meladzenin mahnıları gözəl idi".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.