Şou-biznes

Rəqqasə Fatimə namaza başladı

6 Mart 2023 17:21
Baxış: 2 333
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rəqqasə Fatimə Fətəliyeva son günlər hicablı fotosessiyaları ilə gündəmə gəlib. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi bunun səbəbini açıqlayıb. "MTV maqazin"ə müsahibə verən Fatimə bildirib ki, namaz qılmağa başlayıb:

"Çoxdan bunu etmək istəyirdim, amma alınmırdı. Gah dırnaqlarımı düşünürdüm ki, necə dırnaqsız gəzəcəyəm? Gah da başqa bəhanələr olurdu. Demirəm ki, hicab bağlayacağam. Həm dövlət işində işləyirəm, həm də rəqslə məşğulam. 27 ildir bu işə canımı qoymuşam, "yox" deyə bilmərəm. Son vaxtlar narahat idim, indi özümə rahatlıq tapmışam".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.