Şou-biznes

Xalq artistinin İsraildəki evi qarət olunub?

4 Mart 2023 09:55
Baxış: 1 267
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın Xalq artisti Alla Puqaçovanın İsrailin Qeysəriyyə şəhərindəki evinin qarət edildiyi iddia olunub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu barədə rus mediası məlumat yayıb. Bildirilib ki, oğrular müşahidə kameralarını sındırıblar və evdən qiymətli əşyalar, həmçinin, 38 milyon rubl (təxminən 858 min manat) məbləğində pul oğurlayıblar.

"Московский комсомолец"in məlumatına görə Puqaçova şayiələri təkzib edib. O, vurğulayıb ki, sözügedən şəhərdə yaşamır və heç kim onun evini qarət etməyib.

Qeyd edək ki, Puqaçova həyat yoldaşı, şoumen Maksim Qalkin və uşaqları ilə birlikdə Rusiyanın Ukraynaya hücümundan sonra İsrailə köçüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.