Şou-biznes

"Dəlləkdən və ofisiantdan qorxuram" - VİDEO

3 Mart 2023 17:33
Baxış: 1 552
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Musiqiçilərdən milyoner olmayıb. Söhbət sənətlə təmiz məşğul olan insanlardan gedir. Bu dəqiqə axtarsan bankda, orada-burada borcumuz-xərcimiz var. Bu yekəxana danışmaqları qoymalıyıq bir kənara".  

Milli.Az bizim media-ya istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Cavanşir Məmmədov qonaq olduğu "Günün sədası" verilişində deyib.  
Sənətçi həyatda dəlləkdən, ofisiantdan və şər, böhtan atan qadınlardan qorxduğunu etiraf edib:

"Həyat üç adamdan qorxuram. Birincisi dəlləkdən... Oturarsan dəlləyin qarşısında, bir balaca ağzından pivə iyi gələr. Onunla düşmənçiliyin olar, əlindəki ülgüclü şah damarını kəsər. Deyər ki, oturmuşdu, içkili idi. Şah damar kəsildisə, üç-beş dəqiqəyə yardım etmədinsə... İkincisi ofisiantdır. Yeməyi gətirənə kimi, içinə nələrsə ata bilər. Bəzi müğənnilərimizin səsi batan kimi.. Bu da var. Hələ ölümü demirəm. Üçüncüsü isə şərbaz qadından qorxuram. Şər atar üstümə".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.