Şou-biznes

Niyaməddin Musayev: "Qardaşım mənə dedi ki, rayonda biabır olmuşuq"

27 Fevral 2023 16:22
Baxış: 3 548
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Müasirlikdir deyib, hər şeyi geyinib gülünc vəziyyətə düşmək olmaz".

Milli.Az xəbər verir ki, bunu Niyaməddin Musayev "525-ci qəzet"ə müsahibəsində deyib. O qeyd edib ki, əvvəlcə qardaşı saçlarının uzun olmasını istəməyib:

"(Saçlarını toplayır) Bu mənə yaraşar? Yaraşmaz axı. İmic insanın üzünə, bədən quruluşuna görə olmalıdır. Geyim də elədir. Hər bir insan geyim seçərkən öz bədən quruluşunu nəzərə almalıdır. Müasirlikdir deyib, hər şeyi geyinib gülünc vəziyyətə düşmək olmaz. Bir gün qardaşım mənə dedi ki, bu nə saçlardır uzadırsan? Rayonda biabır olmuşuq. Mən də dedim yaxşı, o biri otağa keçib başıma bir papaq qoydum, saçlarımı da papağın altına yığdım. Bu dəfə də məni görüb dedi ki, yox, bu Niyaməddin olmadı, elə özün kimi ol".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.