Şou-biznes

Ələkbər Yasamallı Rəşad Dağlıya meyxana həsr etdi - VİDEO

25 Fevral 2023 10:44
Baxış: 3 889
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Meyxanaçı Ələkbər Yasamallı qohumunu qətlə yetirməkdə təqsirli bilinən həmkarı Rəşad Dağlı haqda meyxana deyib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkədə yayılıb. 

O, həbsdə olan həmkarı haqda "İnşallah, nurlu olsun dustaqların sabahı. İnşallah, Rəşadın da qapısın açar ilahi. Mən də bu niyyətdəyəm, sən də o niyyətdəsən" sözlərini deyib.

Qeyd edək ki, Rəşad Dağlı qonşusu İskəndər Mehtiyevi qətlə yetirməkdə təqsirləndirilir. Qətl hadisəsi noyabrın 9-u saat 05 radələrində Qaradağ rayonu ərazisində qeydə alınıb. Belə ki, 1984-cü il təvəllüdlü R.Əmirov tanışı, 1979-cu il təvəllüdlü İskəndər Mehtiyevi şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək qətlə yetirib. Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Rəşad Dağlı barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.