Şou-biznes

“Qorxdum ki, övladım tək qalacaq” - VİDEO

17 Fevral 2023 05:22
Baxış: 1 810
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir müddətdir xərçəng xəstəliyindən əziyyət çəkən Əməkdar artist Aygün Bəylər növbəti dəfə səhhəti ilə bağlı açıqlama verib.

Milli.Az olay-a istinadən xəbər verir ki, bu barədə o, "Həmin Zaur" proqramında danışıb. Sənətçi söyləyib ki, hazırda sağlamlığı yaxşıdır: 

"Göydə Allah, yerdə xalqımızın duaları sayəsində neçə vaxtdır ayağa qalxmışam. Həkimlərin dediyinə görə, 90 faizi keçib gedib. Deyirlər ki, yaxın zamanda tam bitəcək. Allahın varlığına qüdrətinə qurban olum. Uşaqlıqdan hər zaman dualar etmişəm. Bu sənətə gəlməyim də Allahın yardımı ilə olub, yəqin məni çox istəyir ki, həyatda saxladı. Yoxsa çox çətin idi. Ömrümün xəstəliklə mübarizə apardığım hissəsi aylı idi. Ancaq yatırdım. Ömrümün günəşli dövrü musiqiyə həsr olunan hissəsi idi. Hər kim 100 yaşamasa, günah onun özündədir. Ölüm anı yaxınlaşanda qorxdum ki, övladım tək qalmasın. Mən tək olmuşam. Hazırda övladımın 13 yaşı var".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.