"Kişi gəzib gələndə, qadın onunla mehriban olmalıdır" - Əməkdar artist
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Qadın vicdanlı olmalıdır. Mən sabah Allahıma nə cavab verəcəyəm? Deyəcəyəm ki, mənim yoldaşım gəzdi, mən ondan qabaq gəzdim? Yoxdur belə dünya. Bu, qadına yaraşmır. Qadının öz ailəsindən başqa kimləsə "salam, sağ ol"u belə düz deyil. Namus insanın özünə məxsusdur. Olmaz ki, qadın özünü şərəfli aparsın? Demək ki, sən ondan betər imişsən".
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Elnarə Abdullayeva "Düzünə qalsa" verilişində deyib. Kişi-qadın münasibətlərindən danışan müğənni xəyanətdən söz açıb:
"Qadın o qədər səmimi, mehriban olacaq ki, kişi xəyanət etməyəcək. Kişi bir neçə dəfə getdi, gəzdi gəldi, evə gələndə qadın o qədər mehriban olacaq ki, kişi evə bağlanacaq. Dəfələrlə demişəm, gedən kişini heç kim saxlaya bilməz. Qadın kişi ilə oturub danışmalıdır. Həyat yoldaşım Elxana dedim ki, mən möhkəm qadınam, hamını çox istəyirəm, amma özümü lap çox. Kimisə sayan deyiləm. İstəyir milyonu olsun, xeyri yoxdur o kişinin. Onu başa saldım ki, gedərsən gəzərsən, amma onu bil, sənin 2 övladın var. Qızımıza mən tərbiyə verə bilərəm bu heç. Amma sənin edə biləcəyin pis əməl yolumuza çıxar. Deyir, döymə taxta qapımı, döyməyim dəmir qapını. Evinə gələcək xanım Azərbaycanın ən əxlaqsız xanımı olacaq. Həyat bumeranqdır, nə atacaqsan, o da sənə qayıdacaq. Xahişim odur ki, özünü düz apar. Sən yoxsan deyə, mən yaşamaram fikri yoxdur. Niyə yaşamaram, elə yaşayaram ki? Mən dözümlü xanımam. Valideyn elə hərəkət etməlidir ki, etdiyi pis əməllər övladının yoluna çıxmasın. Bu həyatın elə şillələri var ki...".
Elnarə dağılan ailələrdən söz açaraq "Qadın ailəsinə sadiq olmalıdır ki, dağılmasın. Aza da, çoxa da dözəcək. Birdən-birə milyonçu ola bilmərsiniz. Əziyyət çəkin, əl-ələ verin. Ailəni qoruyan da, saxlayan da, bütov bir dövlətə çevirən də qadındır. Kişi ailə saxlamır" deyə, əlavə edib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
"Məni silkələyən ikinci belə hadisə olmayıb" - Murad Dadaşov
-
Şeyx Əbdül Mahmudbəyov xəstəxanaya yerləşdirildi
-
Melis Sütşurup əri Mustafa Sandalla Dubaya qaçıb?
-
Nurgül Yeşilçay: "Yenidən gənc olmaq istəməzdim"
-
Elgiz Əkbərin efirində göndərilən hədiyyələr gündəm oldu - (Video)
-
Cabir İmanovun vəfatından bir il ötür... - (Foto)
XƏBƏR LENTİ
-
Kürdəmirdə ildırım 51 yaşlı kişini öldürdü
-
Təhsildə yeni maliyyə modeli: Şagird sayı az olan məktəblər bağlanacaqmı?
-
Azərbaycanla İran arasında ticarət, nəqliyyat, enerji əməkdaşlığının genişləndirilməsi müzakirə edilib - (Foto)
-
Nazirlə jurnalist arasında gərginlik yaşandı - (Video)
-
Leyla Əliyeva və Alyona Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak ediblər - (Foto)
-
Məsciddən və “Dəniz Mall”un namaz otağından oğurluq edən “Hacı” tutuldu
-
"Məni silkələyən ikinci belə hadisə olmayıb" - Murad Dadaşov
-
“Sənət inciləri”: növbəti mühazirə-konsert Xəzər Universitetində təşkil olunub - (Foto)
-
Polşanın Şərq Tədqiqatları Mərkəzi: Fransa-Azərbaycan münasibətlərinin normallaşması Bakı ilə Aİ arasında daha sıx əməkdaşlığa yol aça bilər
-
Vuçiç “ofisiant” obrazında: "Bizdə NATO yoxdur" - (Video)
-
Şeyx Əbdül Mahmudbəyov xəstəxanaya yerləşdirildi
-
Bakıda 40 yaşlı qadın öldürüldü - Əri saxlanıldı
-
Pakistanda 23 yaşlı azərbaycanlı qıza təcavüz: Kamerada hadisə gününün görüntüləri - (Video)
-
Azərbaycan və Belarus hərbi-texniki əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib - (Foto)
-
“Gəzə bilmirəm...” - Abid Şərifov
-
“Ən yaxşı Messidir, ikinci bir fikir ola bilməz” - Yamal
-
Aleksandr Pleşa vəfat etdi
-
Xaricdə oxuyanlar üçün peşə tanınması imtahanı keçirildi
-
Bakıda yağış nə vaxta kimi davam edəcək?
-
Kallas Suriyaya getdi
-
Olivye Jiru karyerasını bu tarixdə bitirəcək
-
Ermənistanda Ağrı dağı ilə bağlı növbəti qadağa
-
Fernando Alonso karyerası barədə qərar verdi
-
Zamanı ən dəqiq ölçən saat hazırlandı





