Şou-biznes

Corcina bu geyiminə görə cərimələnəcək - FOTOlar

5 Fevral 2023 14:51
Baxış: 1 467
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünya şöhrətli futbolçu Kriştiano Ronaldonun sevgilisi Corcina Rodrigesi Səudiyyə Ərəbistanının qanununlarını pozduğu üçün cərimə gözləyir.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, bu haqda İspaniyanın "Marca" qəzeti məlumat yayıb. Bildirilib ki, "Əl-Nasra" klubunun hücumçusunun sevgilisi Səudiyyə Ərəbistanında olarkən geyindiyi açıq libasla ədəb qanununu pozub. O, dekolteli və ayaqları görünən uzun yarıqlı paltarla ictimaiyyət arasına çıxıb.

Qeyd edək ki, 2019-cu ildə Səudiyyə Ərəbistanında ictimai ədəb qaydalarına riayət edilməsi haqqında qanun qəbul edilib. İctimai yerlərdə qolları dirsəyə qədər, ayaqları isə topuğa qədər örtən bol paltar geyinmək tövsiyə olunur. Qanuna riayət edilmədiyi təqdirdə ilk dəfə cərimə olaraq 25 avro ödəmək tələb olunur.

Onu da qeyd edək ki, Corcina sözügedən libasda Səudiyyə Ərəbistanında keçirilən mükafatlandırma mərasiminə qatılıb.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.