Şou-biznes

Anar Mədətovun həyat yoldaşı: "Tapşırıqlarınızı yerinə yetirəcəm"

4 Fevral 2023 21:43
Baxış: 2 345
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tanınmış prodüser Anar Mədətovun stilist həyat yoldaşı Samirə Abbasova ötən gün vəfat edən qaynanası Mahirə Mədətovanın ölümündən yazıb.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, Samirə Abbasova İnstaqramda bu sözləri deyib:

"Gözəl anamız Allah sizə rəhmət eləsin. Heç kəsə əziyyət verməyən insan hətta ölümü belə rahat oldu. Məkanınız cənnətlik olsun. Mahirə xanım, rahat yatın, sizdən yer-göy qədər razı idim. İnşallah siz də məndən razı getdiniz. Sizə söz verdiyim kimi bütün tapşırıqlarınızı yerinə yetirəcəm, əmanətinizi gözüm kimi qoruyacam. Gözəl ana gözünüz arxada qalmasın".

Qeyd edək ki, Anar Mədətov prodüser Elnurə Mədətova ilə evli olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.