Şou-biznes

Mertin Şakira ilə bağlı paylaşımı xəyanəti təsdiqlədi - FOTO

26 Yanvar 2023 12:51
Baxış: 1 639
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyəli aktyor Mert Yazıcıoğlu son paylaşımı ilə diqqət çəkib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bir müddət əvvəl xəyanətə uğrayan məşhur müğənni Şakira ilə bir tutulan aktyor tviterdə yazılanlara maraqlı reaksiya verib. Sosial mediada "Mert, Şakira və mən xəstəxanaya antidepressant yazdırmağa gedirik" kimi paylaşımlar edilib. Aktyor tvitlərə qarşılıq olaraq instaqram hesabında özü ilə Şakiranın fotolarını xəstəxana fonunda paylaşıb.

Mertin bu addımı sosial media seqmentində yayılaraq, müzakirələrə səbəb olub və onun da xəyanətə uğradığına işarə etdiyi bildirilib.

Qeyd edək ki, Mert keçmiş sevgilisi, aktrisa Afra Saraçoğlu ilə 4 illik münasibətini sonlandırıb. Buna Afranın "Yalı çapkını" serialında tərəf müqabili olan aktyor Mert Ramazanla sevgili olduğu iddialarının səbəb olduğu deyilib.

Həmçinin, Şakira da eks-sevgilisi, "Barselona"nın keçmiş müdafiəçisi Jerar Pike ilə xəyanət səbəbindən ayrılıb və xəstəxanalıq olmuşdu.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.