Şou-biznes

"Dünya gözəli-2022" müsabiqəsinin qalibi seçildi - VİDEO - FOTO

15 Yanvar 2023 09:41
Baxış: 2 012
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ vətəndaşı, Filippin əsilli R Bonni Qabriel şənbə günü keçirilən "Dünya gözəli-2022" müsabiqəsinin qalibi olub.

Milli.Az xəbər verir ki, 71-ci beynəlxalq müsabiqə Nyu Orleanda (Luiziana) keçirilib.

Müsabiqədə ümumilikdə 84 ölkədən təmsilçi iştirak edib. Yarışda ikinci yeri Venesuela təmsilçisi Amanda Dudamel, üçüncü yeri isə Dominikan Respublikasından Andreina Martines Funye tutub.

Qeyd edək ki, ötən il Hindistan təmsilçisi Harnaz Sandhu "Dünya gözəli-2021" gözəllik müsabiqəsinin qalibi olub. İsrailin Eylat şəhərində baş tutan tədbir müsabiqənin yutubdakı səhifəsində yayımlanıb.

Üzgüçülük geyimi yarışmasından sonra mərasimin final hissəsinə 10 iştirakçı daxil olub, sonra onlardan yalnız 5-i münsiflər heyətinin aktual mövzularda suallarını cavablandırmaq və finala yaxınlaşmaq imkanı əldə edib.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.