Şou-biznes

Anar Hüseynovun nəşi Bakıya gətirildi

13 Yanvar 2023 12:51
Baxış: 2 031
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyada vəfat edən rejissor Anar Hüseynovun nəşi bu gün Bakıya gətirilib. 

Milli.Az xəbər verir ki, bu haqda onun qardaşı Vüqar Hüseynov axşam.az-a açıqlamasında deyib. O bildirib ki, mərhumun nəşi hazırda doğulduğu Şəkiyə aparılır.

"Günorta saatlarında Anar Şəkidə dəfn olunacaq" deyə, o, əlavə edib.

Qeyd edək ki, Anar şəkər xəstəliyindən əziyyət çəkirdi. Qardaşı ölümün səbəbinin şəkər olduğunu deyib. O, komaya düşüb və həyatını xilas etmək mümkün olmayıb. Mərhum son illər Moskvada yaşayırdı. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.