Şou-biznes

Kəmalə: “Pulsuz zirvəyə qalxmaq mümkün deyil”

11 Yanvar 2023 20:44
Baxış: 1 204
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Sənətə pul xərcləmirəm deyə, istədiyim zirvəyə qalxa bilmirəm. Kim nə deyir, desin. Pulsuz zirvəyə qalxmaq mümkün deyil".

Milli.Az bizim media-ya istinadən xəbər verir ki, bu sözləri müğənni Kəmalə Qaramollayeva qonaq olduğu "Xəbər-ətər" verilişində deyib.

Sənətçi bildirib ki, şou-biznesdə layihələr etmək üçün külli miqdarda vəsait tələb olunur. 
"Heç kimə sirr deyil ki, şou-biznesdə layihələr etmək üçün çoxlu vəsait tələb olunur. Əgər hansısa layihəni gözəl edirsənsə, orada həqiqətən də sənət varsa, mütləq tutur. Qeyri-adi bir layihə etsən tutacaq, amma sadə bir şey etsən tutmayacaq. Bu bəlli məsələdir", - deyə Kəmalə vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.