Şou-biznes

"Hər gün ağlayırdım"

6 Yanvar 2023 16:46
Baxış: 1 130
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Masumlar apartmanı" serialında rol alan aktrisa Merve Dizdar ekran işində canlandırdığı obraz haqqında danışıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktrisa çəkiliş ərəfəsində psixoloji çətinlik yaşadığını deyib:

"Həftənin 5 günü çəkiliş var idi. Hər gün yeni travma alır, ağlayırdım. Hər gün normalda pərdələrimi açaraq günə başlayırdım. Çəkilişlər vaxtı fərqinə vardım ki, pərdələri açmıram, qaranlıqda otururam. O dərəcə təsir altına düşürdüm. Özümü nə qədər qorumağa çalışsam da, depressiyaya sürüklənirdim. Buna baxmayaraq, həmin layihə başıma gəlmiş ən gözəl şeydir.

Fikrimcə, empatiya aktyorun ən böyük silahıdır. Bu məndə yetəri qədər var. Bu, insanı anlamaqdır, bizim işimiz də bundan ibarətdir. "Gülben" qədər fərqli və onu üstələyən ikinci bir obraz yoxdur".

Qeyd edək ki, Merve sözügedən serialda "Gülben" obrazını canlandırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.