Şou-biznes

"Geyimlərimi kasıb qohumlarıma verirəm" - Zamiq

5 Yanvar 2023 08:03
Baxış: 1 352
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Müğənni Zamiq Hüseynov qarderobunda olan geyimlərindən söz açıb.

Milli.Az bizim.media-ya istinadən bildirir ki, sənətçi qonaq olduğu "Xəzər axşamı" verilişində bildirib ki, geyinmədiyi köhnə geyimlərini maddi vəziyyəti aşağı olan qohumlarına verir.

"Qohumlar arasında çox kasıb insanlar var. Bir çox geyimlərimi hər uç, dörd aydan bir onlara bağışlayıram.

Deyirlər ki, güya geyimləri kiməsə verəndə öz enerjini onlara verirsən. Amma mən bu deyimlərə inanmıram. İllərdir ki, geyimlərimi qohumlarıma verirəm. Hansı qohumum mənimlə eyni ölçüdədirsə, ayaqqabılarımı, pencəklərimi və sairə əşyalarımı bağışlayıram", - deyə Zamiq vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.