Şou-biznes

Aygün Kazımova: "Pencəkdən başqa nə istəyirsiniz alıram, amma pencək qalır kənarda..." - VİDEO"

2 Yanvar 2023 23:16
Baxış: 5 048
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Ziyanlı şeylərə çox xəsisəm və pul xərcləmərəm". 

Milli.Az bizim.media-ya istinadən bildirir ki, bu sözləri Xalq artisti Aygün Kazımova qonaq olduğu "Zaurla Günaydın" səhər şousunda deyib.  

Sənətçi bildirib ki, geyimlərinə hədsiz dərəcədə çoxlu pullar xərcləyir:

"Məsələn bu gün təcili mənə pencək almaq lazımdır. Pencəkdən başqa nə istəyirsiniz alıram, amma pencək qalır kənarda. Deyirlər ki, axı, biz pencək almağa getmişdik. Cavabında söyləyirəm ki, siz bilmirsiniz, amma aldıqlarım mütləq nə zamansa, lazım olacaq. Sonra həqiqətən lazım olur".  

Verilişin aparıcısı Zaur Baxşəliyevin "Alıb, geyinib, istifadə etdiyiniz səhnə geyimlərini sonra nə edirsiniz?" sualına pop diva "O geyimlərin hamısı qalır məndə. Stilistlərim o geyimləri başqa cür kombin edirlər. Sonradan onları geyinirəm", cavabını verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.