Şou-biznes

Sevil-Sevinc: "2022-ci ildə həyatımızdan bir çox insanları sildik" - VİDEO

2 Yanvar 2023 19:50
Baxış: 2 558
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Dost, ailə problemləri baxımından 2022-ci il heç düşərli olmadı bizim üçün. Hədsiz dərəcədə çox itirdik. O yükü isə daşımaq istəmədim".  

Milli.Az bizim.media-ya istinadən bildirir ki, bu sözləri Sevil-Sevinc Səfərova bacıları qonaq olduqları "7 canlı" axşam şousunda deyiblər.  

Sevinc açıqlamasında bildirib ki, 2022-ci ildə həyatından sildiyi insanlar çox olub:

"Həyatımdan sildiyim bir çox insanlar oldu. Nə yaxşı ki, onları sildim. Üzümə gülüb, arxamca min söz deyənlər. Evimdə çörək kəsib, mənimlə bərabər gülüb-ağlayıb, arxamca çox pis sözlər danışan insanlar həyatımda olmasalar daha yaxşıdır. Ona görə 2023-cü ilə pozitiv enerji ilə girmişik. Yeni dostluqlar deməyim, çünki artıq yeni dostlar qazanmaq istəmirik. Bəs elədi (gülür)... Amma etibarlı dostlarımız da az deyil. Bəylər daha çoxdur, çünki bəylər dostluğu sözün əsl mənasında bacarırlar". 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.