Şou-biznes

Məşədibabanın oğlunun Rəşad Dağlı ilə bağlı yazdığı şeir trend oldu - VİDEO

30 Dekabr 2022 19:30
Baxış: 5 638
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mərhum meyxanaçı Məşədibaba Aydəmirovun oğlu Mircəlalın həbsdə olan Rəşad Dağlı ilə bağlı yazdığı şeir böyük marağa səbəb olub.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, sosial şəbəkədə izlənmə rekordu qıran görüntülərdə Mircəlal Aydəmirov tanınmış meyxanaçının tezliklə azadlığa qovuşmasını arzulayıb.

Qeyd edək ki, qətl törətməkdə təqsirləndirilən meyxanaçı Rəşad Əmirovun (Rəşad Dağlı) barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Bu barədə qərar Qaradağ Rayon Məhkəməsinin hakimi Teymur Qurbanovun sədrliyi ilə keçirilən prosesdə qəbul edilib.

R.Əmirov tanışı, 1979-cu il təvəllüdlü İskəndər Mehtiyevi şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək qətlə yetirməkdə ittiham olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.