Şou-biznes

Samir Bağırov sevgi münasibətlərindən danışdı - "O kişi də ola bilər, qadın da"

29 Dekabr 2022 18:12
Baxış: 3 084
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Siz nə zamansa həmcinsinizlə sevgi münasibətlərində olmusunuz?".

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu sualı Əməkdar artist Samir Bağırov jurnalist Həmid Həmidova verdiyi müsahibədə  belə cavablandırıb:

"Mən heç nəyi gizlətmirəm. Lakin belə münasibətlər barədə danışmağı, bunları gün üzünə çıxarmağı da doğru hesab eləmirəm. Yaşa dolduqca əmin oluram ki, insanın zahiri deyil, məzmunu, ruhu önəmlidir. Ruhun isə cinsi yoxdur. Mən ruha aşiq oluram",- deyə o qeyd edib.

"Ola bilər ki yaxın gələcəkdə aşiq olum. Bu bizdən asılı deyil və bunu tənzimləyə bilmirik. Aşiq olsam o adamın daxili aləminə, ruhuna  aşiq olacam. Onun daxili dünyası qadın yoxsa kişi olacaq, bunu deyə bilmərəm. O həm qadın, həm də kişi ola bilər",- deyə ekstravaqant müğənni bildirib.

Sosial şəbəkələrdə izləyicilərin böyük əskəriyyəti  bu cavaba "Samir çox mədəni insandır" şəklində şərhlər yazıblar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.