Şou-biznes

Azərbaycanlı bloger Afrika səyahəti - Şirləri gördü, qəbiləyə gedib pul payladı - VİDEO

26 Dekabr 2022 17:40
Baxış: 1 395
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyada və MBD ölkələrində məşhurlaşan azərbaycanlı videobloger və iş adamı Hüseyn Həsənov Afrikaya yollanıb.

Milli.Az bizim.media-ya istinadən xəbər verir ki, blogerin səyahətinin məqsədi isə əyləncə olub.

Hüseyn şirlərin məskəni olan Savannaya gedib. Orada onları yaxından görən bloger qorxusunu və həyacanını gizlədə bilməyib.

Ağacda oturan leopardın isə ətrafı seyr etməsi Həsənovun marağına səbəb olub. Bununla yanaşı Hüseyn Afrikada olan qəbilələrin birində qonaq olub. Aclıqdan çəkisi az olan bir sıra uşaqları görən bloger onlara pul paylayıb.

Pulu görən uşaqlarların sevincinin həddi-hüdudu olmayıb.

Səyahət boyunca yadda qalan həmin anları Hüseyn Həsənov sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.