Şou-biznes

FHN bağladığı mağaza Şəbnəm Tovuzlunun ərinin imiş - FOTO

16 Dekabr 2022 09:07
Baxış: 5 350
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dünən FHN-nin Dövlət Yanğın Nəzarəti Xidmətinin yanğın təhlükəsizliyi qaydasını pozduğu üçün fəaliyyətini dayandırdığı mağaza ilə bağlı maraqlı məlumatlar ortaya çıxıb. 

Milli.Az Manset.az-a istinadən xəbər verir ki, Bakının mərkəzində yerləşən bahalı "Aventus" kişi geyimləri mağazası Hacı Rafiq kimi tanınan iş adamına məxsusdur.

Hacı Rafiq müğənni Şəbnəm Tovuzlunun həyat yoldaşı kimi daha çox tanınıb. 

Qeyd edək ki, Hacı Rafiqin bir neçə belə bahalı geyim mağazaları və obyektləri var. Həmin obyektlərdə də yoxlama keçirilib-keçirilmədiyi barədə məlumat yoxdur.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.