Şou-biznes

Sevincin diplomu əlindən alına bilər? - AÇIQLAMA

13 Dekabr 2022 00:44
Baxış: 2 196
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni Sevil və Sevinc bacılar qəribə açıqlamaları ilə gündəmə gəliblər. Ötən həftə Sevil efirdən etiraf etdi ki, bacısının əvəzinə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinə qəbul zamanı keçirilən qabiliyyət imtahanında o iştirak edib.

Bacıların bu fikirləri təbii ki, birmənalı qarşılanmayıb. Çoxluq bacıları bu söylədiklərinə görə qınayıb.

Məsələ ilə bağlı haqqında söhbət açılan Mədəniyyət və İncəsənət Universiteti ilə əlaqə saxladıq. Universitetin mətbuat katibi Şəhanə Müşviq bizim.media-ya bildirdi ki, əgər bu cür hal yaşanıbsa da keçmiş rəhbərliklərin dövründə olub:

"Buna görə də belə bir faktla bağlı Universitetin hər hansı məlumatı yoxdur.

Universitetin rəsmi arxiv sənədlərində belə bir şey olmadığına görə, sadəcə dildə deyilən sözlər kimi qəbul edirik".

Təhsil üzrə ekspert Elşad Qafarovsa bildirdi ki, belə hadisənin olması heç də inandırıcı görsənmir:

"Bacılar bir-birinə çox bənzədikləri üçün onları ayırd etmək də çox çətindir. Bunu ancaq barmaq izi ilə ayırd etmək olar. Üstəlik, hadisədən xeyli vaxt keçib. Ona görə də müğnni bacıların bu fikirlərini bir "şıltaqlıq" kimi qəbul etsək, gündəmdə qalmaq arzusu kimi qiymətləndirsək daha yaxşı olardı".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.