“Sənətkarı yaşa görə kənara atmaq olmaz”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Ümumiyyətlə kim yaş həddi ilə bağlı qanunu qəbul edibsə, o gərək düşünməli idi ki, hər müəssisənin öz qayda-qanunu olmalıdır. Hamısını bir xəttlə etmək olmaz. Sənətkarı yaşa görə kənara atmaq olmaz. Onu işlə təmin etmək daha yaxşıdır, nəinki teatrdan çıxarmaq".
Milli.Az xəbər verir ki, bunu moderator.az-a özəl açıqlamasında xalq artisti, Akademik Milli Dram Teatrının direktoru, "Şöhrət" və "Şərəf" ordenləri laureatı, Teatr Xadimləri İttifaqının idarə heyətinin sədri Azərpaşa Nemətov deyib.
O daha sonra əlavə edib.
"Təbii ki, sənətkarlar istədikləri vaxt təqaüdə çıxa bilərlər, bu onların öz istəklərindən asılıdır. 70 yaşında aktrisa olub ki, heç teatrdan təqaüdə çıxmayıb. Özünü yaxşı hiss edib, tamaşalarında gəlib oynayıb. Onu kim teatrdan çıxara bilər? Aktyorları, sənət adamlarını sevmək lazımdır ki, onlara həyatlarını davam etdirməkdə köməklik göstərəsən. Mən bütün sənətkarların dəstəkçisiyəm. Xalq artisti Rafiq Əzimovun 85 yaşı var, onunla müqavilə bağlamışıq. Tamaşalarda da oynayır, özünü çox yaxşı hiss edir. Hər adamı tamaşada istifadə etmək olar. Baxır kim edir, necə edir?" deyə sənətkar bildirib. Azərpaşa Nemətov Gənc Tamaşaçılar
Teatrının aparıcı aktrisası Məsumə Babayevanın teatrdan çıxarılmağına da münasibət bildirərək, onun ünvanına təriflər yağdırıb.
"Məsumə xanımı mən çox yaxşı tanıyıram, maraqlı aktrisadır. O həm mənim tələbəm, həm də aktrisam olub. Həmişə də maraqlı rollar oynayıb. Rejissoru olduğum "Yuxulama" tamaşasında da o maraqlı obraz yaradıb. Bu tamaşa ilə Özbəkistanda biz ilk üçlükdə qərarlaşıb, mükafat almışdıq. Bilmirəm neçə yaşı olar, amma hərhalda məndən çox cavandır. Vaxt olub ki, teatr bu cür aktrisaların çiynində gedib. Onun xüsusi ampluası olub, teatrda oğlan və uşaq rolları da oynayıb. Məhz Gənc Tamaşaçılar Teatrının ona hər zaman ehtiyacı olub, böyük repertuar belə aktrisalarla formalaşıb. Məsumə xanım rəhbərlik etdiyim Teatr Xadimləri İttifaqının teatr labaratoriyasında da iştirak edib, tamaşa oynayıb. Həmin tamaşa ilə Türkiyədə qastrol səfərində də olublar. Yenə də qərarı teatrın rəhbərliyi verməlidir. Məsumə xanıma sizin vasitənizlə demək istəyirəm ki, xəstələnməsin, özünü yaxşı hiss etsin. Ona hansı kömək lazımdırsa biz etməyə hazırıq. Möhkəm dursun. Bir sənət adamı, sənət dostu kimi onun yanında olmağa, kömək etməyə hazıram" deyə Azərpaşa Nemətov deyib. Azərpaşa Nemətov bildirib ki, teatrlarında qazi və vətən müharibəsi iştirakçıları da çalışır.
"Teatrımızda bir neçə qazi və vətən müharibəsi iştirakçısı çalışır. Bilirsiniz ki, aktyorumuz Əli Nurun oğlu Rövşən də şəhid olub. Onlar canlarını bu vətən uğrunda fəda ediblər. Nəinki mənim, bütün vətəndaşların borcudur ki, onlardan əllərindən gələn köməyi əsirgəməsinlər" deyə xalq artisti bildirib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Vəfa Zeynalovanın digər qızı da xaricdə yaşayacaq - (Foto)
-
57 yaşlı Ceylodan cazibədar Fotolar
-
Saxlanılan Çağla İstanbuldan Vana gətirildi - (Video)
-
İrem Derici hamilədir? – Özü cavabladı - (Foto)
-
"Həmin dövrdə təhdidlər alırdıq" - “Kurtlar Vadisi”nin ssenaristi
-
Şəbnəm Tovuzlu 50 minlik qızıllarını nümayiş edirdi - (Video)
XƏBƏR LENTİ
-
Lənkəranda azyaşlı 3-cü mərtəbədən yıxılıb
-
Ödəniş və bank brendlərini təqlid edən fişinq şəbəkəsi aşkarlanıb
-
Baş Prokurorluq Xətaidə yeniyetmənin ölümündə “Roblox”dakı zərərli məzmunun təsirini araşdırır
-
“Sovetski”də söküntü ərazisindən meyit tapıldı
-
Vəfa Zeynalovanın digər qızı da xaricdə yaşayacaq - (Foto)
-
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşavirini qəbul edib - (Foto)
-
Bəzi ixtisaslarda bakalavriat təhsili 3 il ola bilər - Nazir
-
"Çevik" ləqəbli tiktoker və Kamran Bilalov həbs edilib
-
Sabahdan dövlət qurumlarında iş rejimi dəyişir
-
"Neftçi"də yeni müqavilə
-
Azərbaycanda sahibsiz heyvanların idarə olunması üçün xüsusi müəssisələr yaradılacaq
-
Ağdam-Ağcabədi yolunun kənarında yanğın
-
Əli Əsədov yeni qərar imzaladı
-
Bakının ictimai nəqliyyatında tarixi rekord: Sabahdan 2530 avtobus buraxılır
-
Almaniyada Cessna təyyarəsi tarlaya düşdü
-
Park Cinema artıq “Sea Breeze”də!
-
Aldığımız ətin mənşəyini necə öyrənə bilərik? - (Video)
-
Bəzi ixtisaslarda bakalavriat təhsili 3 il ola bilər - Nazir
-
Çexiya millisinin keçmiş qapıçısı vəfat etdi
-
Azərbaycan Hava Yollarının Sərnişin Aviaşirkətinə yeni rəhbər təyin olunub
-
Altı gün əvvəl qəzaya düşmüş qadın xəstəxanada öldü
-
Azərbaycanda şəxsiyyət vəsiqəsində ana adı da yazılacaq?
-
ABŞ-nin Azərbaycandakı səfirliyi: Cənubi Qafqazda sülh yeni imkanlar açır
-
57 yaşlı Ceylodan cazibədar Fotolar





