Şou-biznes

“Özünü yığışdır, bacıma yazdığın təhdid real olacaq” - Kərimova

18 Noyabr 2022 10:17
Baxış: 2 011
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Aktrisa Uzel Kərimova sosial şəbəkədə tanımadığı şəxs tərəfindən narahat edildiyini bildirib.

Milli.Az olay-a istinadən xəbər verir ki, bu barədə o, instaqramda məlumat verib.

"Ətrafıma yazmağa cəsarətin çatıbsa, deməli, məni yaxından tanıyırsan. Və əgər tanıyırsansa, bilirsən ki, sənin nazınla oynayacaq o insan deyiləm. Ya özünü yığışdır, ya da Sofiyaya (bacısı) yazdığın təhdid real olacaq", - deyə, Uzel paylaşdığı videoda vurğulayıb.

Kərimova bu fikirləri də qeyd edib:

"Səbrimi sınama. Yazından anlaşıldığı kimi kibercinayətlərdən xəbərin var. Mən artıq sənin hərəkətlərini sadəcə kibercinayətlərlə əlaqələndirmirəm. Sənin kimi polisin adını çəkən psix üçün heç kim qarantiya vermir ki, realda da cinayət işləməyəcəksən".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.