Şou-biznes

26 yaşlı aktrisa faciəli şəkildə öldü

5 Noyabr 2022 23:18
Baxış: 973
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avstraliyalı aktrisa Erika Xoy avtomobil qəzası nəticəsində vəfat edib.

Milli.Az axşam.az-a istinadla xəbər verir ki, hadisə 26 yaşlı aktrisa aktyorluq məşqindən qayıdarkən baş verib.

Onun avtomobili yük maşınına çırpılıb. Qəzanın ardınca sükan arxasında əyləşən 38 yaşlı Karli Eylin Riçards qaçmağa cəhd göstərib.

O, polis tərəfindən saxlanılıb və təhlükəli avtomobil idarə etmək, hadisə yerini tərk etməyə cəhd də daxil olmaqla üç maddə ilə ittiham olunub. Buna baxmayaraq, Karli hüquq-mühafizə orqanlarına hadisənin təfərrüatlarını verməkdən və maşını idarə edənin özü olduğunu təsdiqləməkdən imtina edib.

Avtomobildə aktrisanın əkiz bacısı Liza və sevgilisi də olub. Onlar xəstəxanaya yerləşdiriliblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.