Şou-biznes

Dəbdəbəli evdə yaşayan Roza Zərgərli: “Özünüzə villa arzulamayın” - VİDEO

4 Noyabr 2022 15:08
Baxış: 5 976
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"10 il bundan əvvəl deyirdim ki, klassik üslubda, böyük bir evim olsun. Ağ royalım olsun. Filan markadan mebel, çılçıraq olsun. Evimin hər yeri mərmərdən olsun. Hamısı da oldu. İndi isə həmin evdə təkəm". 

Milli.Az bizim media-ya istinadən xəbər verir ki, bu sözləri müğənni Roza Zərgərli qonaq olduğu "Səhər mərkəzi" verilişində deyib. 

Sənətçi bildirib ki, arzuladığı evə qovuşsa da, amma orada tək qalır. 

"Arzuladığım evə qovuşsam da, uşaqlarım yanımda deyil. Qızım Bənövşə Türkiyədə, digər övladlarım çəkilişlərdə (Övladlığa götürdüyü Corc və Jerar Qafarov qardaşları - red.). Axşam su gətirənim belə yoxdur. Ona görə çox böyük ev, villa arzu etməyin. 
Ən çox arzu etdiyiniz iki amil olsun, canınız sağlam və ətrafınızda sizi həqiqətən sevən insanlar bol olsun. Evin kvadrat metri önəmli deyil. Mən də təkliyi sevən idim. Amma sonda qoca qarı kimi sınmış faytonda qaldım (gülür)", - deyə R.Zərgəli bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.