Şou-biznes

Tanınmış aktrisa evində öldürüldü

28 Oktyabr 2022 17:16
Baxış: 1 384
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Lyubov" filmi ilə tanınan aktrisa Violeta Doneva Sofiyada mənzilində qətlə yetirilib. 

Milli.Az olay-a istinadən xəbər verir ki, bu barədə BNT məlumat yayıb. Qeyd olunub ki, 79 yaşlı bolqar aktrisanın meyiti polis tərəfindən aşkarlanıb.

Ulduzun bədənində zorakı ölüm əlamətləri tapılıb. Hazırda əsas şübhəli aktrisanın psixi pozğunluğu aşkarlanan yaxın qohumlarından biridir.

Qeyd edək ki, Donevanın oynadığı "Sevgi" filmi 1973-cü ildə VIII Moskva Beynəlxalq Film Festivalının Qızıl Mükafatını alıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.