Məşhur müğənni Vitasa (Vitaliy Qraçev) qarşı cinayət işi açılıb.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, buna səbəb müğənninin karaoke barda məmura hücum etməsi olub. "112" teleqram kanalının yayımladığı videoda Vitasın Moskvadakı barda Əmək Nazirliyinin əməkdaşına hücum etdiyi görülür. Hadisə Sadovo-Kudrinskaya küçəsində yerləşən müəssisədə baş verib.
O, 38 yaşlı məmur Sultan Candıqovla aralarındakı mübahisədən sonra onun üzünə içində qaz olan maddə vurub. Məlum olub ki, həkimlər zərərçəkənə 1-ci dərəcəli kimyəvi yanıq diaqnozu qoyublar.
Bundan sonra Vitas barəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 15-ci maddəsi "Qəsdən sağlamlığa az ağır zərər vurma" ilə cinayət işi açılıb. Bildirilib ki, ifaçı barəsində ya ev dustaqlığına salınması, ya islah işlərinə cəlb edilməsi, ya da 4 ay inzibati həbsi ilə bağlı qərar qəbul oluna bilər.
Hesabatda qeyd olunur ki, müğənninin istifadə etdiyi alət silah kimi tanınarsa, o zaman onun 2 il müddətinə azadlıqdan məhrum edilməsi gözlənilir.
Qeyd edək ki, bu, Vintasla bağlı ilk belə qalmaqallı hadisə deyil. O, daha əvvəl də həbs olunub.
Milli.Az