Şou-biznes

Günel Zeynalova 37 yaşını belə qeyd etdi - VİDEO - FOTO

27 Oktyabr 2022 12:22
Baxış: 3 407
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni Günel Zeynalovanın 37 yaşı tamam olub. 

Milli.Az BAKU.WS-ə istinadən xəbər verir ki, sənətçi bu dəfə ad gününü Bakıda qeyd edib. Onun özəl günü paytaxt məkanlarından birində baş tutub. Günelin ad günündə ailə üzvləri yaxınları və şou-biznesin tanınmış simaları yer alıblar. 

Məşhurlar arasında Xalq artisti Röya Ayxan, müğənnilər Elçin Şirinov, Aysel Əlizadə, Manaf Ağayev, Ayaz Qasımov, aktyor Elşən Orucov, aparıcı Hacı Nuran Hüseynov və başqaları olub.

Zeynalova yeni yaş günündə həm səhnədə sevilən ifalarını səsləndirib, həm də dostları ilə xeyli əylənib. Məclisin sonunda Günelin ad günü tortu kəsilib. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.